İDMAN


Bakıda futbol həyəcanı: Azarkeş festivalı davam edir

Bu axşam Bakıda, Olimpiya Stadionunda bütün dünyanın diqqət mərkəzində olan UEFA Avropa Liqasının final görüşü keçiriləcək. Artıq bir-neçə gündür şəhərin mərkəzi küçələrində, həmçinin azarkeş festivalının keçirildiyi Bulvar ərazisində əsl futbol bayramı yaşanır. Bu gün isə bu həyəcan daha çox hiss olunur. Çünki UEFA Avropa Liqasının final tarixində ilk dəfə Londonun iki nəhəng klubu “Çelsi” və “Arsenal” məhz Bakıda kimin daha güclü olduğunu sübut edəcək.