İDMAN


"Çelsi"nin əfsanəvi futbolçusu Pat Nevin Bakı və azərbaycanlılar haqqında danışdı

"Çelsi"nin əfsanəvi futbolçusu Pat Nevin Bakı və onun əhalisi barədə fikirlərini BBC-nin jurnalisti Kris Bevanla bölüşüb. O qeyd edib ki, Bakı maraqlı, qeyri-adi yerdir. "Buranın havası günəşlidir, istidir. Amma ən əsas məsələ isə odur ki, burada insanlar qeyri-adi dərəcədə mehribandırlar. Bu həqiqətdir ki, burada gözəl insanlar yaşayır. Onlar hər şeydə kömək etməyə hazırdırlar", - deyə o bildirib. O əlavə edib ki, Bakı bu çempionatı əldə etməyə çalışıb və əldə edib, buna layiqdir. Ona görə də pis xəbərlərin yer almasına imkan verməmək lazımdır.