Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Olimpiya Stadionunda “Çelsi”yə kubok təqdim olunub

30.05.2019 [01:50]

Bakıda UEFA Avropa Liqasının finalçıları - İngiltərənin "Çelsi" və "Arsenal" komandalarının mükafatlandırma mərasimi keçirilib. Ənənəyə uyğun olaraq, əvvəlcə matçın hakimləri xatirə medallarını alıblar. Daha sonra “Arsenal” heyəti gümüş, “Çelsi” kollektivi isə qızıl medalla təltif olunub.