İDMAN


“Arsenal”ın baş məşqçisi: “Çelsi” komandası ikinci hissədə öz potensialından daha yaxşı istifadə etdi

Bilirdik ki, çətin oyun olacaq. Premyer Liqada da hədəflərimizə daha yaxın idik. Lakin ona nail ola bilmədik. Bizim ikinci şansımız UEFA Avropa Liqasında qalib olmaq idi. Ancaq biz bu hədəfə də çata bilmədik. Finalda “Çelsi” daha yaxşı oynadı. Bu qələbəyə görə rəqib komandanı təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, bunu “Arsenal” komandasının baş məşqçisi Unai Emeri UEFA Avropa Liqasının finalında “Çelsi”yə 1:4 hesablı məğlubiyyətdən sonra təşkil olunan mətbuat konfransında deyib.