Bakıda "Məhkəmə-hüquq islahatlarına vəkil baxışı" mövzusunda konfrans keçirilib
31.05.2019 [14:04]
Xəbərin mətni
Konfransda çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının əhəmiyyəti, bu mühüm sənəddə qeyd olunan göstəriş və tövsiyələrin icrası ilə bağlı Vəkillər Kollegiyası tərəfindən həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib.