RƏSMİ


Polşa Prezidenti Andjey Dudanın rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Polşa Respublikasının Prezidenti Andjey Dudanın mayın 31-də rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudanı qarşıladı.