CƏMİYYƏT


Şeytanqanqalı kəpənəyinin sayı niyə çoxalıb - GÖRÜNTÜLƏR

Mayın 30-dan başlayaraq şimal rayonlarının ərazisində geniş arealda kəpənəklərin kütləvi uçuşu müşahidə olunur.

Küllük kəpənəkləri adlanan zərərvericilər Xəzər dənizi istiqamətindən Xaçmaz, Quba, Şabran rayonları ərazisinə uçurlar.

Xaçmaz rayon Bitki Mühafizə Mərkəzinin rəisi Əkbər Ceyranov bildirib ki, bu kəpənəklər əsasən şeytanqanqallı, gicitkən, türpəng kimi alaq otları bitən sahələrdə (yol, meşə və əkin sahələrinin kənarlarında, çəmənliklərdə, yamaclarda, su hövzələri yaxınlığında və s.) qidalanaraq geniş ərazilərdə yayılır.