Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq
01.06.2019 [13:51]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli keçəcək. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-22° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22° isti, gündüz 30-32° isti təşkil edəcək.