İDMAN


Almaniyalı azarkeşlərdən Bakıda daun sindromlu uşaqlara jest

Almaniyanın “Ayntraxt” klubunun azarkeşləri sevimli komandaları həlledici oyuna vəsiqə qazana bilmədiyi üçün Bakı Olimpiya Stadionunda təşkil olunmuş UEFA Avropa Liqasının final oyununu izləmək üçün aldqıları biletləri paytaxta göndəriblər. “Ayntraxt” azarkeşlərinin istəyinə uyğun olaraq, 300 bilet AFFA-nın texniki direktoru Bernhard Lippertin vasitəçiliyi ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olan uşaqlara hədiyyə olunub.