Bakıda hava günəşli olacaq
04.06.2019 [13:54]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-25°, gündüz 32-36° isti, Bakıda gecə 22-24°, gündüz 34-36° isti olacağı gözlənilir.