Xaçmazın üç kəndinin qazlaşdırılmasına başlanılıb
07.06.2019 [12:10]
Xəbərin mətni
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun Digahoba, Aşağı Ləgər və Seyidlər kəndlərinin qazlaşdırılmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti işləri yekunlaşdıqdan sonra üç kənddə, ümumilikdə, 300 abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq.