MƏDƏNİYYƏT


Görkəmli sənətkar Rəşid Behbudovun xatirəsi anıldı

İyunun 9-da görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun xatirə günü münasibətilə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub.
Anım mərasimində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Ailə üzvləri adından çıxış edən Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdiyev ziyarətə gələnlərə minnətdarlığını bildirib.