İDMAN


Avropa və dünya çempionu Fernando Torres karyerasını başa vurub

Yaponiyanın “Sagan Tosu” futbol klubunun 35 yaşlı ispaniyalı hücumçusu Fernando Torres karyerasını başa vurduğunu elan edib.
AZƏRTAC bu barədə futbolçunun “Twitter” səhifəsinə istinadla xəbər verir.
Buna qədər Fernando Torres İspaniyanın “Atletiko”, İngiltərənin “Liverpul” və “Çelsi”, həmçinin İtaliyanın “Milan” klublarında çıxış edib. O, “Çelsi” futbol klubunun heyətində Çempionlar Liqasının (2011/2012), Avropa Liqasının (2012/2013) və İngiltərə Kubokunun (2011/2012) qalibi olub. “Atletiko” klubu ilə Çempionlar Liqasının (2015/2016) finalına çıxıb və Avropa Liqasının (2017/2018) kubokunu qazanıb. İspaniyalı hücumçu milli yığmanın heyətində Dünya çempionu (2010) və iki dəfə Avropa çempionu (2008, 2012) olub.