CƏMİYYƏT


İstirahət günü Bakıda 35 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava günəşli keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 20-25° isti, gündüz 31-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək.