Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Minsk 2019”: Hacı Əliyev Azərbaycana ikinci qızıl medalı qazandırdı

27.06.2019 [22:25]

Xəbərin mətni

AZƏRTAC xəbər verir ki, yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən H.Əliyev finalda Gürcüstan təmsilçisi, Olimpiya Oyunlarının qızıl və gümüş medalçısı, üçqat Avropa çempionu Vladimer Xinçeqaşvili ilə üz-üzə gəlib. Görüşə daha inamlı başlayan güləşçimiz ardıcıl iki dəfə iki xallıq fənd tətbiq edərək üstünlüyü ələ alıb. Oyunda təşəbbüsü əldən verməyən pəhləvanımız güclü rəqibini 10:2 hesabı ilə məğlub edərək Azərbaycanın aktivinə ikinci qızıl medalı yazdırıb.