SİYASƏT


Azay Quliyev yenidən ATƏT PA-nın “İpək Yoluna Dəstək Qrupu”nun sədri seçilib

Bu gün Lüksemburqda başlayan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlamentlərarası Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası çərçivəsində ATƏT PA-nın “İpək Yoluna Dəstək Qrupu”nun (Silk Road Support Group — SRSG) 6-cı iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, bu qrupa sədrlik edən ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev özünün giriş nitqində iclas iştirakçılarını salamlayıb və Özbəkistan nümayəndə heyətinin də SRSG-yə qoşulduğunu bəyan edib.