SİYASƏT


"İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar" adlı kitabın təqdimatı olub

İyulun 10-da İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının təşkilatçılığı ilə iordaniyalı tarixçi və jurnalist Ömər əl-Armutinin müəllifi olduğu "İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar" adlı kitabın təqdimatı olub. AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan dilinə İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının təşəbbüsü ilə tərcümə olunub. Kitabın məsləhətçisi Rafiq Əliyev tədbirdə çıxış edərək bildirib ki, bu, Ömər əl-Armutinin ölkəmizlə bağlı ikinci nəşridir. O, Azərbaycan ilə İordaniya arasındakı münasibətlərdən, ölkələrimizin oxşar cəhətlərindən danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır