Fernando karyerasını İspaniyada davam etdirəcək
11.07.2019 [22:53]
"Qalatasaray" yarımmüdafiəçisi Fernando ilə yollarını ayırıb. Braziliyalı orta sahə oyunçusu karyerasını İspaniyada davam etdirəcək. Belə ki, "Sevilya" 32 yaşlı futbolçunun transferini yekunlaşdırıb. Klublar arasındakı razılığa əsasən, Türkiyə çempionu bu keçiddən 4 milyon avro gəlir əldə edəcək.