İDMAN


"Fənərbaxça" klubu növbəti transferini açıqlayıb

Türkiyənin "Fənərbaxça" klubu növbəti transferini açıqlayıb. İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan Qarri Rodriqesi icarəyə götürüb. Kabo-verdeli futbolçu iki il "sarı-lacıvərdlilər"də çıxış edəcək. Müqavilədə satın alma şərti də yer alıb. Rodriqes 2017-2019-cu illərdə "Qalatasaray"da çıxış edib. 27 yaşlı vinger ilin əvvəlində 9 milyon avro qarşılığında "Əl-İttihad"a transfer olmuşdu. "Fənərbaxça" daha öncə Maks Kruze, Allahyar Sayyadmaneş, Əmrə Belözoğlu, Murat Sağlam, Vedat Muriki, Altay Bayındır və Yasir Subaşı transfer edib.