İDMAN


“Qarabağ” növbəti transferini reallaşdırıb

İyulun 15-də Ağdamın “Qarabağ” futbol klubu yay transfer pəncərəsində daha bir futbolçunu heyətinə cəlb edib. Ağdam təmsilçisi mərakeşli müdafiəçi Faysal Rerras ilə iki illik müqavilə imzalayıb. İyirmi altı yaşlı futbolçu bundan əvvəl Fransanın üçüncü liqasında çıxış edən “Bezye” klubunda forma geyinib.