Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19.07.2019 [20:15]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Qətərin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaieni qəbul edib. AZƏRTAC xəbər verir ki, nazir Abdullah bin Abdulaziz bin Turki Al-Subaie Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçına çatdırdı. O, Azərbaycanda müvafiq qurumların rəhbərləri ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri barədə səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırdı.