“Liverpul” Məhəmməd Salaha rekord məbləğdə məvacib təklif edir
20.07.2019 [18:56]
İngiltərənin “Liverpul” klubunun aparıcı forvardı Məhəmməd Salah İngiltərə Premyer Liqasının ən yüksək məvacib alan oyunçusu ola bilər. AZƏRTAC xəbər verir ki, futbolçu ilə müqaviləni 2023-cü ilə qədər uzadan “Liverpul” onun üçün rekord məbləğdə yeni təklif hazırlayır. Belə ki, klub futbolçuya ildə 22,5 milyon funt sterlinq ödəməyə hazırdır.