Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıb

21.07.2019 [16:21]

Xəbərin mətni

İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıqlı qazanıb. AZƏRTAC xəbər verir ki, 45 kiloqram çəki dərəcəsində yarışın finalında türkiyəli Umut Çobana böyük hesabla qalib gələn gənc pəhləvanımız XV Avropa Gənclər Yay Olimpiya Festivalının çempionu olub.