İDMAN


Güləşçimiz Həsrət Cəfərov komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb

Avropa Gənclər Olimpiya Festivalının yunan-Roma güləşi üzrə yarışlarda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov finalda qələbə qazanaraq komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb. AZƏRTAC xəbər verir ki, güləşçimiz finalda rusiyalı Maqomed Gigiyev üzərində 7:0 hesablı qələbə qazanaraq festivalın qalibi olub.