İDMAN
Yunan-Roma güləşçisi Xasay Həsənli “EYOF 2019”un çempionu olub
23.07.2019 [17:21]
İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalında yunan-Roma güləşi yarışlarında 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Xasay Həsənli finalda Almaniya təmsilçisi Deni Nakayev ilə qarşılaşıb. AZƏRTAC xəbər verir ki, həlledici qarşılaşmada hesabda geri olmasına baxmayaraq, yüksək əzmkarlıq nümayiş etdirən pəhləvanımız oyunun başa çatmasına 17 saniyə qalmış aktivinə 2 xal yazdıraraq oyunu qələbə ilə başa vurmağa nail olub. Beləliklə, qarşılaşmada 3:2 hesabı ilə qalib gələn Xasay Həsənli festivalda Azərbaycanın aktivinə 6-cı qızıl medalı yazdırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
31.05.2023 [14:20]
01.06.2023 [11:53]
29.05.2023 [21:54]
01.06.2023 [12:18]
01.06.2023 [12:12]