Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə silah fabriki yanır

30.07.2019 [12:26]

Türkiyədə Konya vilayətinin Beyşehir rayonunda ov tüfəngi istehsal edən fabrikdə yanğın baş verib. Yanğının səbəbi hələ məlum deyil. Alovu söndürmək üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Alovun ətrafa yayılmaması üçün iki ədəd helikopter də yanğınsöndürmə işlərinə cəlb edilib.