MƏDƏNİYYƏT


Qəbələ Beynəlxalq Musiqi Festivalında kamera musiqisi axşamı

İyulun 31-də startı verilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalında artıq son akkordlar çalınır. Proqrama uyğun olaraq, festivalın sonuncu günü - avqustun 5-də axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə növbəti kamera konserti təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki hissədən ibarət konsertin birinci hissəsində tamaşaçılar dünya şöhrətli pianoçu Oksana Yablonskaya, violin ifaçısı Janna Qandelman, pianoçu Murad Adıgözəlzadə və XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, məşhur violonçel ifaçısı Dmitri Yablonskinin ifasında F.Mendelson və İ.Bramsın əsərlərini dinləyiblər.