ELM VƏ TƏHSİL


Bakı Dövlət Universiteti BP ilə əməkdaşlıq sazişi imzaladı

Bakı Dövlət Universiteti (BDU) ilə “BP Eksploreyşn (Kaspian Si) Ltd” arasında əməkdaşlıq sazişi imzalanıb. BDU-nun rektoru Elçin Babayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Consun imzaladığı saziş ali təhsilə dəstək xarakteri daşıyır.
AZƏRTAC xəbər verir ki, əməkdaşlıq sazişində elmi araşdırmaların və akademik fikir mübadiləsinin ictimailəşdirilməsinə dəstək olmaq üçün rəqəmsal texnologiyalara əsaslanan yeni qurumlar yaradılması, rəqəmsal əsasda idarə edilməsi, təhsildə yeni standartların tətbiqi və ya mövcud standartların təkmilləşdirilməsi, elektronlaşdırma və s. kimi məsələlər nəzərdə tutulur.