Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Muğam Mərkəzində hind rəqsləri təqdim olunub

17.08.2019 [10:48]

Xəbərin mətni

Beynəlxalq Muğam Mərkəzində Hindistanın müstəqillik günü münasibətilə bu ölkənin rəqslərindən ibarət musiqili gecə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Hindistanın “Bihu Hindistan folklor rəqs” qrupunun iştirakı ilə keçirilən tədbirdə hind rəqsləri təqdim olunub.
Layihə Beynəlxalq Muğam Mərkəzi, Hindistanın Azərbaycandakı səfirliyi və Hindistan-Azərbaycan Assosiasiyası tərəfindən həyata keçirilib.