Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müslüm Maqomayevin xatirəsini əbədiləşdirən özbək müğənni Kiyevə veloyürüş edib

17.08.2019 [18:06]

Xəbərin mətni

Özbəkistanın opera müğənnisi “Reqistan” ansamblının rəhbəri Xursand Şerov dünya şöhrətli müğənni, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 77-ci ildönümü münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində yerləşən heykəli önünə veloyürüş edib.