MƏDƏNİYYƏT


Polşalı turistlər Lənkəranda REPORTAJ

Yay turizm mövsümündə cənub bölgəsinə turistləri cəlb etmək məqsədilə bir-birindən maraqlı layihələr həyata keçirilir. Avropanın və dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn turistlər cənub bölgəsini də görmək arzusunda olurlar.
Cənub zonasına üz tutan 15 nəfər polşalı turist bölgənin folkloru ilə tanış olmaq üçün Lənkəran rayonuna gəlib. Bu məqsədlə Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən onlar üçün maraqlı turlar təşkil edilib.
Polşalı qonaqlar şəhərin görməli yerlərinə baş çəkdikdən sonra bölgənin adət-ənənələri və zəngin folkloru ilə də yaxından tanış olublar. Xarici qonaqlar rayonun Separadi kəndində məşhur “Nənələr” folklor kollektivinin üzvləri ilə görüşüb, yerli sakinlərin adət-ənənələri, mətbəx mədəniyyəti, yaşayış şəraiti barədə ətraflı məlumat alıblar.