CƏMİYYƏT


Görmə məhdudiyyətli gənc aşığın ən yaxın sirdaşı sazdır

Şəmkir şəhərində yaşayan, əslən Kəlbəcərdən olan 27 yaşlı Mehrac Dünyamalıyev bu rayonun saza, sözə, xüsusən də ozan-aşıq sənətinə maraq göstərən istedadlı gənclərindəndir. Onun ustalıqla sazla ifa etdiyi havalar, oxuduğu duyğulu nəğmələr elə qəlbəyatımlıdır ki, gənc aşığı dinləyən hər kəs ilk ifadaca onun könül dünyasının sehrinə düşür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anadan olduğu gündən dünya işığından məhrum olan Mehrac Dünyamalıyev qismətinə düşən taleyi ilə barışaraq, könlünü saza, sözə verib.