CƏMİYYƏT


Bakıda “AZCLOUD Hackathon 2019” müsabiqəsi başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Hewlett Packard Enterprise”, “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro”, “Juniper Networks”, “Cisco” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu və tərəfdaşlığı ilə keçirilən “AZCLOUD Hackathon 2019” müsabiqəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, avqustun 28-də Bakı Olimpiya Stadionunda keçirilən mətbuat konfransında təşkilatçılar jurnalistlərin suallarını cavablandırıb.