MƏDƏNİYYƏT


Azərbaycanda ilk dəfə Üzüm və Şərab Festivalı keçirilir

Şamaxı rayonunun Meysəri kəndində Azərbaycanda ilk dəfə Üzüm və Şərab Festivalı keçirilir. Tədbir “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.