MƏDƏNİYYƏT


Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Azərbaycan üzüm və şərab festivalı davam edir

Şamaxının Meysəri kəndi ərazisindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksində açılan Azərbaycan üzüm və şərab festivalı avqustun 31-də davam edir. Festivalın rəmzləri olan çeşidli dekorasiyalar, instalyasiyalar ilə bəzədilən ərazidə yerli şərab istehsalçılarının dequstasiya pavilyonları, habelə qastronomik və etno zonalar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.