MƏDƏNİYYƏT


Bir qrup İran vətəndaşı Azərbaycana velosipedlə tur təşkil edib

Lənkəranın gəzməli-görməli yerləri ilə tanış olan 20-yə yaxın səyahətçi havanın yağışlı olmasına baxmayaraq, Bakıya yola çıxıblar. İşlərini ehtiyatlı tutan iranlı turistlər özləri ilə çətin şəraitə uyğun lazımi vəsait də götürüblər. Ölkəmizin füsunkar məkanlarını ziyarət etmək arzusu ilə yola çıxan velosipedçilər heç bir çətinliyə məhəl qoymurlar.