MƏDƏNİYYƏT


Vyanada Azərbaycan mədəniyyətinə həsr edilən bədii axşam təşkil olunub

Vyanada keçirilən “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” mədəniyyət həftəsi çərçivəsində Azərbaycana həsr olunan bədii axşam təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbiri mərkəzin rəhbəri Leyla Qasımova açıb. O, mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verən bu cür tədbirlərin qarşılıqlı münasibətləri inkişaf etdirdiyini, mədəni və incəsənət əlaqələrinin inkişafının dinc, birgəyaşayış üçün ən uğurlu vasitələr olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır