Təkaltı dağının zirvəsində Azərbaycan-Türkiyə dövlət bayraqları dalğalanıb
17.09.2019 [12:31]
Xəbərin mətni
Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçirilib. Yürüşə rəsmi şəxslər, o cümlədən yerli ictimaiyyətin nümayəndələri, QHT və KİV təmsilçiləri qatılıblar.
AZƏRTAC xəbər verir ki, yürüş İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü, İğdır Valiliyi ilə Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi əsasında 1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad olunmasının 101-ci ildönümü münasibətilə təşkil olunub.