CƏMİYYƏT
“ASK Şəki Şərab” Belarus, Polşa, İspaniya və Çinə şərab ixrac edəcək
03.10.2019 [16:14]
Azərbaycan şərablarının xaricdə tanıdılması və ixracı ilə bağlı məsələlər “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisələrindən biri olan “ASK Şəki Şərab” zavodu rəhbərliyinin də qarşısında duran ən vacib vəzifələrdən biridir. Şəki rayonunun Çələbi xan qəsəbəsində yerləşən bu zavod 2018-ci ildən etibarən ASC-nin tərkibinə daxil olub. Əsas fəaliyyət istiqaməti şərab istehsalı olan müəssisə ildə 3 min ton üzüm qəbul və emal etmək gücünə malikdir. Burada fəaliyyət göstərən sexlər ən müasir avadanlıqla, o cümlədən İtaliyanın tanınmış “Della Toffola SPA” şirkətinin avadanlığı ilə təchiz olunub. Müəssisədə Azərbaycanda ilk dəfə üzümün tumlarını ayıran qurğu da quraşdırılıb. Zavodda istehsal prosesi tam avtomatlaşdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
16.08.2022 [17:16]
16.08.2022 [17:08]
16.08.2022 [17:00]
16.08.2022 [16:49]
13.08.2022 [15:28]
16.08.2022 [18:52]
16.08.2022 [15:32]
16.08.2022 [15:05]
10.08.2022 [13:52]
10.08.2022 [12:32]
13.08.2022 [18:40]
13.08.2022 [18:14]
11.08.2022 [13:34]
10.08.2022 [14:28]
16.08.2022 [19:20]