Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazirlik rəsmisi: Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir

22.09.2026 [12:15]

Xəbərin mətni

"ADEX- 2026" sərgisi ilə bağlı təşkil olunan mətbuat konfransının Zəfər Muzeyində keçirilməsinin bizim üçün xüsusi bir mənası var. Bu məkan Azərbaycan xalqının Vətən müharibəsində qazandığı şanlı Zəfərimizi nümayiş etdirmək, şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilib. Bunu Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Samir Ağabalayev 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" və 15-ci Beynəlxalq daxili təhlükəsizlik, mühafizə və xilasetmə Avadanlıqları Sərgisi "Securex Caspian"a həsr olunmuş mətbuat konfransında çıxış edərkən deyib.