Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş direktor: “ADEX” Azərbaycanın müdafiə sənayesinin gələcəyinə açılan pəncərədir

22.09.2026 [12:59]

Xəbərin mətni

Hazırda “ADEX” sərgisinin uğuru yalnız rəqəmlərlə ifadə olunmur. Çox vacib göstərici var ki, bu da bizə olan etimaddır. Bunu "Caspian Event Organisers" şirkətinin baş direktoru Fərid Məmmədov 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" və 15-ci Beynəlxalq daxili təhlükəsizlik, mühafizə və xilasetmə avadanlıqları Sərgisi "Securex Caspian"a həsr olunmuş mətbuat konfransında çıxış edərkən deyib.