Ağcabədidə 645 məcburi köçkün ailəsi üçün yeni qəsəbələrin inşası yekunlaşmaq üzrədir
25.10.2019 [13:03]
Xəbərin mətni
Ağcabədi rayonunun Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri olan üç yeni qəsəbənin inşası yekunlaşmaq üzrədir.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun texniki nəzarətçisi Ramiz Həsənov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 645 evdən ibarət qəsəbələrin inşası üçün 132 hektar torpaq sahəsi ayrılıb.