CƏMİYYƏT


Bakıda IV Bankçılıq Forumu keçirilir

Noyabrın 6-da Bakıda “Nağdsız iqtisadiyyat: dayanıqlı bankçılığa doğru” mövzusunda IV Beynəlxalq Bankçılıq Forumu işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayns sahəsindəki yeniliklər və risklərin, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır