MƏDƏNİYYƏT


Ukraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzi açılıb

Noyabrın 8-də Azərbaycanın Ukraynadakı Səfirliyinin dəstək və təşkilatçılığı ilə Xarkov şəhərində ölkəmizin ilk Mədəniyyət və İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmiləri, səfirliyin, “SOCAR Ukraine”nin əməkdaşları, Xarkov Vilayət Dövlət Administrasiyasının, şəhər meriyasının nümayəndələri, Ukraynanın ictimai-siyasi xadimləri, soydaşlarımız iştirak ediblər.