CƏMİYYƏT


Gözləri görməsə də, 17 ildir tələbələrə ingilis dilini öyrədir

Faiq Kərimov əzmkarlığı, həyat eşqi ilə bir-çox insanlara nümunədir. Görmə qabiliyyətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində itirməsinə baxmayaraq həyatdan küsməyib. İngilis dili müəlliməsi olan anasının köməyi ilə bu dili dərindən öyrənərək, Azərbaycan Dillər Universitetində təhsilini davam etdirib və burada müəllim kimi fəaliyyətə başlayıb. Artıq 17 ildir tələbələrə ingilis dilini sevə-sevə öyrədən müəllim öz fəaliyyəti barədə AZƏRTAC-a danışıb.