Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub

13.11.2019 [20:12]

Xəbərin mətni

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin turizm potensialının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycanın Vyanadakı səfirliyi və Avstriya Parlamentinin təşkilatçılıq etdiyi tədbirə həmçinin Avstriyanın müxtəlif nazirliklərinin və aparıcı turizm şirkətlərinin nümayəndələri də qatılıblar.