Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Parisdə azərbaycanlı dirijorun rəhbərliyi ilə konsert təşkil edilib

16.11.2019 [14:07]

Xəbərin mətni

Parisin 4-cü rayonunun Müqəddəs Lüdoviq kilsəsində Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyev və tanınmış fransız dirijoru Salvitri de Rochefortun rəhbərliyi ilə “Zoroastr” ansamblının konserti olub.