MƏDƏNİYYƏT


BİZ DƏ HAMI KİMİYİK
15 ildir muncuqlardan əl işləri hazırlayır

Ağsu rayonunun Padar kəndində yaşayan Rəvanə Cəfərova 15 ildir ki, muncuqlardan əl işləri hazırlayır. Bu işə həvəskar kimi başlasa da, sonradan sənətini gəlir mənbəyinə çevirib. Həvəslə muncuqdan toxuduğu əl işləri arasında ən çox marağa səbəb olan isə güllərdir. Rəvanə Cəfərova artıq ikinci dəfədir Azərbaycan Xalça Muzeyində keçirilən sərgidə iştirak edir və belə sərgilərin onu həvəsləndirdiyini vurğulayır.