Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Sığmazam” qəzəlinin və eyniadlı musiqili klipin təqdimatı olub

18.11.2019 [20:00]

Xəbərin mətni

Azərbaycanın əməkdar artisti, xanəndə Fərqanə Qasımova dahi Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində “Məndə sığar iki cahan” qəzəlini yeni təqdimatda təqdim edib. Layihənin təqdimatı Bakı Kitab Mərkəzində təşkil olunub. Çıxış edənlər söz ustadı olan Nəsiminin yaradıcılığından bəhs ediblər, bu layihənin əhəmiyyətini vurğulayıblar. Qeyd edək ki, kompozisiyanın musiqisi və aranjimanı Tohid Noruziyə aiddir, klipin rejissoru isə Cəlil Didehvərdir.