MƏDƏNİYYƏT


Ankarada Əhməd bəy Ağaoğlunun anadan olmasının 150-ci ildönümü qeyd olunub

Türkiyənin Ankara Universitetində (AU) ictimai fikir tariximizdə dərin iz qoymuş böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun anadan olmasının 150-ci ildönümünə həsr olunan konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankara Universiteti (AU), Azərbaycan Vəkillər Kollegiyası, Anadolu Agentliyi, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) və Beynəlxalq münasibətlərin Təhlili Mərkəzi tərəfindən birgə təşkil olunan “Anadan olmasının 150-ci ildönümündə ortaq dəyərimiz Əhməd bəy Ağaoğlu” mövzulu konfransda rəsmi şəxslər, tanınmış hüquqşünaslar, diplomatlar, görkəmli alimlər, AU-nun tələbələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.